Bank Of Baku

Ərdoğan: Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatından sonra geri addım atmayıb

Ərdoğan: Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyanatından sonra geri addım atmayıb
# 14 iyun 2023 14:15 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın özünün andiçmə mərasimində iştirak etməsini şərh edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə, o, Azərbaycan səfərinin nəticələrinə dair jurnalistlərə müsahibəsində danışıb.

Ərdoğan Paşinyanın bu dəvəti qəbul etməsinin mühüm addım olduğunu bildirib: “Yəni bu məqamda Paşinyan öz ölkəsində bir çox maneələri aşaraq, dəvətimizi qəbul etdi. Biz bu mərasimdə Baş nazir Paşinyanla yalnız ayaqüstü görüşə bildik, dəvətə verdiyi cavaba görə minnətdarlığımı bildirdim”.

Türkiyə Prezidenti əlavə edib ki, Ermənistan Baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıya biləcəkləri ilə bağlı son bəyanatı mühüm əhəmiyyət kəsb edirdi:

“Təbii ki, bunu dərk etmək irəliləyişdir. Amma Ermənistanda Paşinyana qarşı çıxanlar da var. Paşinyan hələlik bu məsələdə geri addım atmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR