Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının (ŞKTC) prezidenti Ersin Tatarla görüşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, iki liderin görüşü Ərdoğanın ŞKTC-nə səfəri çərçivəsində baş tutub.
***
14:06
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfərə gedib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, bu, dövlət başçısının prezident seçildikdən sonra ilk xarici səfəridir. Sabah isə Ərdoğanın Azərbaycana səfəri gözlənilir.