Bank Of Baku

Ərdoğan: Türk Dövlətləri Təşkilatı qlobal aktor olmaq yolunda irəliləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 08 oktyabr 2025 12:13 (UTC +04:00)

Təşkilatımız artan beynəlxalq nüfuzu, genişlənən təsir dairəsi və dərinləşən əməkdaşlığı ilə qlobal aktor olmaq yolunda irəliləyir.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan, TDT sammitindən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

“Bu yolda biz institusionallaşmamızı dərinləşdirəcək, əməkdaşlığımızı şaxələndirəcək və təşkilatımızı qlobal miqyasda daha da nüfuzlu edəcəyik. Fürsətdən istifadə edərək, Türk Dövlətləri Təşkilatına sədrliyini layiqincə başa vurmuş Qırğızıstanı və uğurlu sammit təşkil edən Azərbaycanı təbrik edirəm. Gələn il yenidən sədrlik kürsüsünə keçəcəyik, inşallah, Türkiyədə Zirvə toplantısına ev sahibliyi edəcəyik”, - Türkiyə lideri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR