Bank Of Baku

Ərdoğan: Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir

Ərdoğan: Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla üçtərəfli əməkdaşlıq vacibdir
# 26 oktyabr 2023 19:40 (UTC +04:00)

Türkmənistan qazının dünya bazarlarına çıxarılması üçün Azərbaycanla birlikdə üçtərəfli əməkdaşlıq vacibdir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ankarada türkmənistanlı həmkarı Sərdar Bərdiməhəmmədovla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, üç ölkə bu əməkdaşlıq çərçivəsində enerji təhlükəsizliyinə töhfə verməyi hədəfləyir:

“Görüşümüz zamanı Xəzərdən keçən “Qərb-Şərq” orta dəhlizinin təkmilləşdirilməsinə dair fikirlərimizi bölüşdük. Türkmənistanla bir çox məsələdə eyni mövqeyə sahib olduğumuzu gördük. Dünyada və bölgəmizdə baş berən hadisələr Türk Dövlətləri Təşkilatı çərçivəsində birləşməyimizin vacibliyini təsdiqləyib. TDT-də müşahidəçi statusu olan Türkmənistanın artıq ailəmizin tam üzvü olduğunu görmək istədiyimizi vurğulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR