Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin üçtərəfli görüşü keçiriləcək.
APA xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə bildirib.
Bildirilib ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevdən və Ermənistan hökumət başçısının müavini Qriqoryandan ibarət üçtərəfli işçi qrupunun iclası keçiriləcək.
Görüşün tarixi hələ dəqiqləşdirilməyib.