Bank Of Baku

Ermənistanın və havadarlarının şousu iflasa məhkumdur - RƏY

Ermənistanın və havadarlarının şousu iflasa məhkumdur  - RƏY
# 27 iyul 2023 10:37 (UTC +04:00)

Ermənistan danışıqlar proseslərində Azərbaycanın ərazi bütövlüyünü parametrlərini qeyd edərək tanıdığını bildirsə də, ölkəmizin suverenliyinə qarşı təxribat əməllərindən əl çəkmir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib ki, Azərbaycan Qarabağdakı ermənilərin humanitar təminatı üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif etsə də, ermənilər sülhməramlıların dəstəyi ilə alternativ yolları beton bloklar qoymaqla bloklayaraq guya Azərbaycan tərəfindən blokadaya alınaraq “humanitar fəlakət”lə üzləşmələri ilə bağlı saxta siyasi şou yaratdılar: “Halbuki, Azərbaycanın təqdim etdiyi Ağdam-Xankəndi yolu Avropa İttifaqı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən çox müsbət dəyərləndirilmişdir. Separatçıların təşkilatçılığı ilə Xankəndidə keçirilən aksiyalar nəticəsiz qaldığına görə Ermənistan yeni ssenari hazırlamaqla beynəlxalq ictimaiyyətin diqqətini Laçın yoluna cəlb etməyə çalışır. Ermənistan Azərbaycanla razılaşdırılmadan humanitar yük adı altında avtomobil karvanını hazırlayaraq Laçın keçid məntəqəsinin qabağına yığaraq Avropa İttifaqının missiyasını və riyakar Qərb diplomatları ora gətirməklə siyasi şou yaratmağa çalışır. Halbuki beynəlxalq normalara görə bir dövlət digər dövlətin ərazisinə humanitar yükləri göndərmək istəyəndə qəbul edilən dövlətlə bu yardımı mütləq şəkildə razılaşdırılmalıdır. Laçın sərhəd keçid məntəqəsinin qarşısına avtomobil karvanının yığılması Azərbaycanın suveren ərazilərinə qarşı Ermənistanın növbəti təxribatıdır. Əslində bu, rasizmin təzahürü və beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir”.

Azər Badamov hesab edir ki, Ermənistanın bu hərəkətləri sülh danışıqlar prosesinə zərbədir: “Əgər Qarabağda yaşayan erməni əsilli sakinlərimizin humanitar yüklərə ehtiyacı varsa, bunu Azərbaycan özü edə bilər. Əgər Azərbaycanın buna gücü çatmazsa, digər ölkələrdən razılaşdırılaraq yardımlar alına bilər. Amma Azərbaycanın iqtisadi imkanları nəinki Qarabağdakı ermənilərin təminatını həyata keçirməyə , lazım gələrsə həm də Ermənistanın ümumi təminatını təmin edə bilər. Azərbaycan ehtiyacı olan ölkələrə humanitar yardımlar göndərir. Belə olan halda səfalət içində batan Ermənistandan Qarabağa humanitar yardım adı altında yüklər niyə göndərilməlidir? Təbii ki, bu mümkünsüzdür. Ermənistanın bütün yalvarışları və ağlaşmaları yersizdir. Azərbaycan özünün suveren ərazilərinin bütövlüyünü qorumaq iqtidarındadır və heç kim ölkəmizə nəyi necə etmək lazımdırsa diqtə edə bilməz. Əgər kimsə buna cəhd edərsə, anında sərt cavabımızla üzləşəcəkdir. Bu gün Qarabağda yaşayan ermənilərin humanitar problemi yaranırsa, onu ilk növbədə Ağdam-Xankəndi yolunu bloklamaqla özləri yaradır. Ermənistanın bu addımları humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir. Azərbaycan Qarabağda yaşayan ermənilərin inteqrasiyasına və bütün problemlərin həll edilməsinə hazırdır. Ermənistanın və onun havadarların istəyi heç də Qarabağdakı ermənilərin problemlərini həll etməkdə deyil. Əksinə, bu, problemlərin dərinləşdirilməsinə cəhddir. Ermənistanın və onun havadarlarının bu növbəti şousu da heç bir nəticə verməyəcək və iflasa məhkumdur”.

Deputat Müşfiq Cəfərov isə qeyd edib ki, bir müddət əvvəl Ermənistan mətbuatında Xankəndi şəhərində fəaliyyət göstərən ərzaq dükanları ilə bağlı fotoreportajlar silsiləsinə start verilib: “Əvvəlcədən planlaşdırılmış kimi, dükanları boş göstərmək, ərzaq qıtlığı və insanların aclığı təəssüratını yaratmaq üçün bu platformadan istifadə edilib. Analarının səhlənkarlığı ucbatından iki azyaşlı körpənin ölümü isə bu kampaniyanın duzu-bibəri oldu. İki azyaşlı körpənin ölümündə əsas amil ana səhlənkarlığı olsa da, erməni təbliğat maşını bu məsələdə də “blokada” söhbətini şişirtməyə başladı. Ermənistanın XİN başçısı Ararat Mirzoyan erməni həyasızlığı nümayiş etdirərək bununla bağlı paylaşım etdi. Amma Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sarsılmaz faktlarla Mirzoyanı aciz vəziyyətə salıb. Ermənistan və havadarlarının Laçın sərhəd keçid məntəqəsinin qarşısında növbəti şousu da nəticəsiz qalacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR