“Fransa-Qafqaz Dostluq qrupu Azərbaycana səfər edəcək”.
Bunu APA-ya Fransanın Azərbaycandakı səfiri Zakari Qros deyib.
O bildirib ki, səfər gələn həftə baş tutacaq.
Z. Qrosun sözlərinə görə, Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir.
Səfir qeyd edib ki, ölkələr arasında iqtisadi və siyasi əlaqələr yüksək səviyyədə davam edəcək.