"ATƏT üzv ölkələr arasında əməkdaşlığı təşviq edir. Bizim 47 üzv dövlətimiz var və bəziləri arasında münaqişələr mövcuddur. Əsas ideya münaqişələri sülh yolu ilə, dialoq vasitəsilə həll etməkdir".
APA-nın xəbərinə görə, bunu Bakıda Milli Məclisin və ATƏT Parlament Assambleyasının (PA) təşkilatçılığı ilə keçirilən "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı" və "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında ATƏT PA-nın prezidenti Giorgi Tsereteli bildirib.
O deyib ki, regionda baş verən münaqişələr iqtisadi inkişafı ləngidir, xalqların daha yaxşı gələcək qurmasına mane olur.
G.Tsereteli parlament diplomatiyasına inandığını deyərək parlament diplomatiyası çərçivəsində toplaşmağın vacib olduğunu deyib.