Bank Of Baku

Gürcüstanda Azərbaycanın yanğından mühafizə bölmələrinin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək

Gürcüstanda Azərbaycanın yanğından mühafizə bölmələrinin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək
# 12 iyun 2023 12:41 (UTC +04:00)

Gürcüstanda Azərbaycan, Ermənistan və Moldovanın da yanğından mühafizə bölmələrinin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək.

APA-nın Tbilisi bürosu xəbər verir ki, məlumatı Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

Bildirilib ki, iyunun 12-dən 16-dək əvvəlcədən hazırlanmış ssenari üzrə keçiriləcək təlimlər Aİ-nin Ekspertlərə Texniki Yardım Proqramı çərçivəsində baş tutacaq.

Qeyd olunub ki, təlimlərin məqsədi irimiqyaslı təbii fəlakətlər zamanı aidiyyəti qurumların əlaqələndirilməsi və kommunikasiyasının təşkilidir. Təlimlərə yanğınsöndürmə maşınları və aviasiya vasitələrinin cəlb ediləcəyi qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR