Bank Of Baku

Hakan Fidan: Beynəlxalq aləmi Azərbaycan-Ermənistan danışıqlarına mane olmamağa çağırırıq

Hakan Fidan: Beynəlxalq aləmi Azərbaycan-Ermənistan danışıqlarına mane olmamağa çağırırıq
# 31 iyul 2023 13:56 (UTC +04:00)

Türkiyə beynəlxalq aləmi Azərbaycanla Ermənistan arasında danışıqlara mane olmamağa çağırır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Türkiyə normallaşma prosesini tam dəstəkləyir və işğaldan azad olunmuş ərazilərin bərpa prosesində aktiv iştirak edir.

Hakan Fidan əlavə edib ki, normallaşma prosesi bölgənin inkişafı və sabitlik üçün vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR