Bank Of Baku

Hakan Fidan: Türkiyə də QH-nin prinsiplərini təşviq edir, dəstəkləyir

Hakan Fidan: Türkiyə də QH-nin prinsiplərini təşviq edir, dəstəkləyir
# 05 iyul 2023 11:12 (UTC +04:00)

“Qoşulmama Hərəkatı rasizmə, dekolonializmə qarşı mübarizədə çox səmərəli olub. Bu, mübahisələrin sülh yolu ilə həllini, daha yaxşı qlobal nizamı təşviq edir. Türkiyə də QH-nin prinsiplərini təşviq edir, dəstəkləyir”.

APA xəbər verir ki, bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısında Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

Hakan Fidan çıxışında QH-ya çətin zamanda uğurlu sədrliyinə görə Azərbaycanı təbrik edib, həmçinin Uqandaya gələcək sədrlikdə uğurlar arzulayıb.

"Qlobal qeyri-bərabərsizlikdən danışarkən Fələstində baş verənləri unutmamalıyıq. İsrail tərəfindən provokasiyalar qəbulolunmaz səviyyədədir. Bilirik ki, QH bu məsələdə həssasdır, Fələstinin suveren müstəqil ölkə kimi mövcudluğu Yaxın Şərqdə sülh üçün yeganə yoldur”, - Hakan Fidan qeyd edib.

Türkiyə XİN rəhbəri Avropanın bəzi ölkələrində İslamafobiyanın artdığını da diqqətə çatdırıb və vurğulayıb ki, bu istiqamətdə birgə işləmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR