Bank Of Baku

Hərəkat nümayəndəsi: Fransa iddia edir ki, biz azadıq, amma bu həqiqəti əks etdirmir

Hərəkat nümayəndəsi: Fransa iddia edir ki, biz azadıq, amma bu həqiqəti əks etdirmir
# 06 iyul 2023 10:08 (UTC +04:00)

“Müstəmləkəçiliyin mənfi nəticələri barədə sizə uzun siyahı təqdim edə bilərəm. Əsrlər ərzində bizim babalarımız əşya, heyvan hesab edilirdi, onların heç bir hüququ yox idi. Ölkədə məcburi icbari əməyə cəlb olunurdu”.

APA xəbər verir ki, bu barədə Müstəqil Martinik naminə ekoloqlar və demokratlar Hərəkatının nümayəndəsi Claudette Duhamel Qoşulmama Hərəkatının iclası çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

O deyib ki, statusları, insani keyfiyyətləri nəzərə alınmırdı: “Fransa iddia edir ki, biz azadıq, amma bu həqiqəti əks etdirmir. Biz öz cəmiyyətimizi qurmaq istəyirik, biz yıpradılmış cəmiyyətdən imtina edirik. Fransa iztirablara, əzablara səbəb olub. Yalanlar bizə həqiqət adı altında zorla yeridilib. Olmayanlar bizə həqiqət kimi təqdim olunub. Bizim paradiqmalarımız fərqlidir. Belə bir düşüncə formalaşdırılıb ki, iki təbəqə var - ağdərililər, onlar bizim ağalarımızdır və üst təbəqədir. Bir də biz - Afrika kökənlilər, biz ən aşağı təbəqə hesab olunmuşuq.

Biz bu cür yanaşmadan, baxış nöqtəsindən imtina etmək istəyirik. Biz şiddət əsasında qurulan quruluşdan imtina edirik. Biz humanizmə əsaslanan dünyamızı qurmaq istəyirik. Biz hətta insanlarımızın yaşadıqlarını, əzablarını ifadə edə bilmirik, bunun üçün sözlər kifayət deyil. Biz istəyirik ölkəmiz əsarətdən qurtulsun”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR