Bank Of Baku

Hikmət Hacıyev Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Okamponun məqaləsinə münasibət bildirib

Hikmət Hacıyev Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Okamponun məqaləsinə münasibət bildirib
# 10 avqust 2023 02:23 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev MediaPart saytında yayımlanmış məqaləyə münasibət bildirib.

APA xəbər verir ki, Hikmət Hacıyev Tvitter paylaşımında Vəkil Luis M.Okamponun “soyqırım” ittihamlarını ehtiva edən qərəzli anti-Azərbaycan hüquqi hesabat hazırladığını bildirib.

Hikmət Hacıyev əlavə edib ki, Okampo Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi cənnətlərində bəzi şirkətləri idarə edirdi:

“Xocalı soyqırımının törədilməsində iştirak etmiş Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar Serj Sarkisyanın özü İrəvanda Okamponu qəbul edib.

Avropa İstintaq Əməkdaşlıq şəbəkəsi Moreno Okamponun Liviyadakı hərbi cinayətkarları dəstəkləməkdə şübhəli bilinən müştərisi olmasi barədə hesabat təqdim edib.

Bu cür qaranlıq keçmişə malik olan şəxs öz qərəzli hesabatında BƏM-in qərarlarını və Laçın yolunun fəaliyyəti ilə bağlı yerlərdəki real vəziyyəti bilərəkdən təhrif edir, faktiki olaraq ciddi hüquqi və əsaslı səhvlərə yol verir. Sadəcə "Şərhsiz!".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR