Bank Of Baku

Hikmət Hacıyev: Ermənistan Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir

Hikmət Hacıyev: Ermənistan Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir
# 20 sentyabr 2023 18:25 (UTC +04:00)

Son dövrlər Ermənistan-Azərbaycan sülh müqaviləsi, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması üzrə tamamilə qeyri-konstruktiv mühit yaranıb.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev deyib ki, Ermənistanın üçtərəfli bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinin təmin edilməsi idi:

“Ermənistan bu öhdəliyi yerinə yetirmir və hər bir vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaratmaqda davam edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR