Bank Of Baku

Hikmət Hacıyev Ermənistana sülh sazişi ilə bağlı çağırış edib

Hikmət Hacıyev Ermənistana sülh sazişi ilə bağlı çağırış edib
# 20 sentyabr 2023 18:17 (UTC +04:00)

Ermənistan sülh sazişi ilə bağlı müsbət təşəbbüslər göstərməlidir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməlidir: “Həmçinin Azərbaycan ərazisində Ermənistanın hərbi qüvvələri qalmamalıdır. Antiterror tədbirləri onu göstərdi ki, Ermənistanın hərbi qüvvələri Azərbaycan ərazisində qalmaqda idi. Bütün bunların pis nəticəsidir ki, Şuşa şəhəri dünən ağır artilleriya ilə bombalanıb və bir mülki vətəndaş həlak olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR