Bank Of Baku

Hikmət Hacıyev: “France24” Azərbaycan xalqının ağrı-acısını əks etdirən fotonu “erməniləşdirib”, bu, təbliğatın iyrənc formasıdır

Hikmət Hacıyev: “France24” Azərbaycan xalqının ağrı-acısını əks etdirən fotonu “erməniləşdirib”, bu, təbliğatın iyrənc formasıdır
# 19 avqust 2023 12:29 (UTC +04:00)

Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.

Hacıyev qeyd edib ki, “France24” agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) tərəfindən 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, “France24” həmin şəkli “erməniləşdirib”.

“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, - Hikmət Hacıyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR