Bank Of Baku

Hikmət Hacıyev: Qarabağın erməni sakinlərinə müəyyən ismarıclar çatdırılıb

Hikmət Hacıyev: Qarabağın erməni sakinlərinə müəyyən ismarıclar çatdırılıb
# 20 sentyabr 2023 17:40 (UTC +04:00)

Gecə boyu Rusiya sülhməramlı qüvvələri ilə dialoq əsnasında mütəmadi əməkdaşlığımız davam edib.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, bu vasitə ilə Qarabağın erməni sakinlərinə müəyyən ismarıclar çatdırılıb: “Bu baxımdan, yerli əhalinin təhlükəsizliyi koordinasiyalı formada təmin edildi. Azərbaycan Silahlı Qüvvələri, Rusiya sülhməramlıları və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə lazımı məlumatlar göndərildi. Prosesin davamı olaraq, rus sülhməramlıları və beynəlxalq tərəfdaşlarla birlikdə tədbirlərimizi davam etdirirdik, təkliflər irəli sürülmüşdü. Yekun olaraq, saat 13:00 prosesin dayandırılması razılaşdırıldı”.

Ramiz Mikayıloğlu

Nihat Pir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR