Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxarada Yusif Qarabağinin məzarını ziyarət edib.
APA xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşıb.
"Qarabağdan Buxaraya uzanan bir elm yolu…
XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub.
1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib.
Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır.
Qarabağdan Buxaraya — əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü", - paylaşımda qeyd olunub.