Bank Of Baku

Daşkənd şəhər Şurasının deputatı: Azərbaycan və Özbəkistan dünya üçün əməkdaşlıq nümunəsi ola bilər

Daşkənd şəhər Şurasının deputatı: Azərbaycan və Özbəkistan dünya üçün əməkdaşlıq nümunəsi ola bilər
# 23 avqust 2026 19:38 (UTC +04:00)

Azərbaycan və Özbəkistan dünya üçün əməkdaşlıq nümunəsi ola bilər.

Bunu APA-nın Daşkəndə ezam olunmuş əməkdaşına açıqlamasında Daşkənd şəhər Şurasının deputatı Cəmilə Şermuhamedova deyib.

Cəmilə Şermuhamedova bildirib ki, bu gün Azərbaycan və Özbəkistan xalqları üçün əlamətdar gündür: “Bu gün keçirilən sammit, görüş və imzalanan çoxsaylı sənədlər bir daha təsdiq edir ki, vaxtilə Nizami Gəncəvi, Əlişir Nəvai “Xəmsə”lərini yazmaqla iki qardaş xalq arasında mədəniyyət, elm, təhsil və xüsusilə iqtisadi inkişaf sahəsində münasibətlər üçün bir körpü yaradıblar.Bu gün qardaş xalqların görüşü bütün dünya üçün əməkdaşlıq nümunəsi ola bilər. Çünki bu gün dünyada münaqişələr, müharibələr, anlaşılmazlıqlar baş verdiyi halda, iki qardaş xalqın liderlərinin hava limanından etibarən bir-birinə “doğma qardaşım” deyə müraciət etməsi mənim üçün çox təsirli oldu. “Qardaş” sözü var, bir də “doğma qardaş” ifadəsi var”.

Deputat diqqətə çatdırıb ki, bugünkü əməkdaşlıq insanlararası münasibətlər, millətlərarası və dinlərarası əlaqələr baxımından çoxşaxəli münasibətlərin inkişafına imkan yaradır: “Dillərimiz bir-birinə yaxındır, dinimiz birdir, yolumuz birdir. Bugünkü görüş xüsusilə gənclər üçün böyük əhəmiyyət daşıyır. Özbəkistanda təxminən 22 milyon, Azərbaycanda isə milyonlarla gənc yaşayır. Bu gənclər əməkdaşlıq yollarını daha da möhkəmləndirəcək, çiyin-çiyinə dayanaraq deyəcəklər ki, “Biz əsrlər boyu dost olacağıq və Azərbaycan ilə Özbəkistan arasındakı bu gözəl, səmimi və insani münasibətləri heç kimə verməyəcəyik”. Bugünkü görüş qloballaşma şəraitində bütün dünya üçün iki dövlət liderinin necə əməkdaşlıq etməsinin nümunəsi olacaq. Baxın, hər iki lider əl-ələ verib. Bu, sadəcə olaraq Xəzərə çıxış məsələsi deyil. Məhz İlham Əliyev elə bir yol açıb ki, Azərbaycan Özbəkistanın yanındadır. Bu, iqtisadi əməkdaşlıq, sənaye əməkdaşlığı deməkdir. Prezident Şavkat Mirziyoyev də maşınqayırma, sənaye, elm və təhsil sahələrində əməkdaşlığa hazır olduğumuzu bildirir. Bu gün Özbəkistanın ali məktəblərində Azərbaycandan təxminən 200 tələbə təhsil alır, Bakıda isə təxminən 80 özbək tələbə oxuyur. Bu da münasibətlərimizin hansı səviyyədə olduğunu göstərir. Əlaqələrin növbəti mərhələsində bu əlaqələr daha da genişlənəcək və gənclərimiz iki ölkənin böyük liderlərinin – Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yaratdığı ənənələri, adətləri və dəyərləri davam etdirəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR