Bank Of Baku

İcma: Paşinyan sülhdə maraqlıdırsa, Ermənistan qüvvələri Azərbaycan ərazisindən çıxarılmalı, İcmayla təmaslara başlanılmalıdır

İcma: Paşinyan sülhdə maraqlıdırsa, Ermənistan qüvvələri Azərbaycan ərazisindən çıxarılmalı, İcmayla təmaslara başlanılmalıdır
# 10 sentyabr 2023 11:18 (UTC +04:00)

Son günlər şərti dövlət sərhədinə canlı qüvvə və hərbi texnika cəmləşdirən Ermənistan daha bir təxribata əl atıb.

Qərbi Azərbaycan İcmasından APA-ya verilən xəbərə görə, Ermənistanın Azərbaycanın suveren ərazilərində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin tör-töküntüləri tərəfindən “prezident seçkiləri”nin keçirilməsi bölgədə vəziyyəti daha da gərginləşdirir.

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti bu “seçki” təxribatını kəskin şəkildə pisləməyə çağırır: “Bu xüsusda, Ermənistanın baş nazirinin yenə dünya liderlərinə telefon zəngləri, “Azərbaycanla təcili danışıqlara hazırıq” açıqlaması qeyri-səmimidir. Əgər Nikol Paşinyan həqiqətən də sülhdə maraqlıdırsa, onda Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı, qeyri-qanuni silahlı dəstələr tərksilah edilməli və qayıdış ilə əlaqədar Qərbi Azərbaycan İcması ilə təmaslara başlanılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR