Bank Of Baku

İƏT azad edilmiş ərazilərdəki monitorinqlərin nəticələrinə dair hesabat hazırlayacaq

İƏT azad edilmiş ərazilərdəki monitorinqlərin nəticələrinə dair hesabat hazırlayacaq
# 02 sentyabr 2023 14:08 (UTC +04:00)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparacağımız monitorinqlərin nəticələrinə dair hesabat hazırlayacağıq.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) üzvü Hilal bin Said al Şidhani deyib.

O bildirib ki, artıq bu məsələ ilə bağlı ikinci monitorinq üçün Azərbaycanda səfərdədirlər.

"Bundan əvvəl də monitorinq aparılıb və orada olan dağıntılar qeydə alınıb. Bu səfərimiz çərçivəsində də əsasən dini və tarixi abidələrə vurulmuş zərərlə bağlı hesabat hazırlayacağıq. Bu hesabat da 2021-ci ildə hazırlanmış hesabat kimi aiddiyatı qurumlara təqdim olunacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR