Bank Of Baku

İƏT MDİHK nümayəndə heyəti Füzulidə Beynəlxalq Hava Limanına baş çəkiblər - FOTO

İƏT MDİHK nümayəndə heyəti Füzulidə Beynəlxalq Hava Limanına baş çəkiblər - FOTO
# 03 sentyabr 2023 13:31 (UTC +04:00)

İƏT MDİHK nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonunda yeni inşa edilmiş Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına baş çəkiblər.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ombudsman aparatın əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonunda yeni inşa edilən beynəlxalq hava limanında olublar.

Qonaqlara hava limanı və onun texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir.

Füzuli işğaldan azad edildikdən sonra, Füzuli Beynəlxalq Hava Limanı mina təmizləmə işləri də daxil olmaqla 8 ay ərzində, müasir tələblərə cavab verən səviyyədə inşa edilib. Əlavə olaraq qonaqlara bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə 3 beynəlxalq hava limanı inşa edilib. Bunlardan 2 - si Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadəyə verilib. Laçın beynəlxalq hava limanında isə son tamamlama işləri aparılır. Laçın hava limanında işlərin ləngiməsinə səbəb isə hava şəraitinin olması bildirilib.

Emin Babayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR