İyunun 25-30-da Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin paytaxtı Bernə səfər edəcək.
APA-nın məlumatına görə, səfər çərçivəsində iyunun 27-də Berndə İsveçrə-Azərbaycan hökumətlərarası ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək.
İsveçrə tərəfindən komissiyaya İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, iqtisadi məsələlər üzrə dövlət katibliyinin ikitərəfli iqtisadi məsələlər üzrə rəhbəri Ervin Bolinger sədrlik edəcək.
Həmçinin azərbaycanlı və isveçrəli iş adamlarının biznes forumu keçiriləcək.