“Kiprdə itkin düşmüş şəxslər komitəsi olaraq biz Azərbaycan və Ermənistana kömək etməyə hazırıq”.
APA xəbər verir ki, bunu “İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması” üzrə beynəlxalq konfransda Kiprdə itkin düşmüş şəxslər komitəsinin türk icmasının nümayəndəsi Hakkı Müftizadə deyib.
O bildirib ki, onların təcrübəsi hər iki ölkəyə kömək ola bilər: “Unutmaq olmaz ki, itkin düşmüş şəxslərlə bağlı problemin həllini gecikdirmək olmaz. Çünki şahidlər yaşlanır. İtkin düşən şəxslərin yerlərini müəyyən etmək üçün bizim əsas köməkçilərimiz şahidlərdir. Bu işdə digər dövlətlərin dəstəyi də mühümdür. Növbəti dəfə gələndə ümid edirəm Azərbaycanı da bu işə dəstək verən sponsorlardan biri kimi elan edə biləcəyəm”.