Bank Of Baku

Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 09 iyun 2026 09:38 (UTC +04:00)

"Gürcüstan regionda münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi üçün mümkün olan bütün addımları atır".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Rustavi 2" telekanalında təşkil olunmuş debatda deyib.

Onun sözlərinə görə, bu gün Gürcüstanın bölgə ölkələri ilə həm siyasi, həm də iqtisadi baxımdan həqiqətən də misli görünməmiş sıx əlaqələri var.

"Bu ölkələr Azərbaycan, Ermənistan, Türkiyədir. Biz həmçinin Mərkəzi Asiya ölkələri ilə də münasibətləri dərinləşdiririrk. Çinlə strateji tərəfdaşlığımız var və bu, iqtisadi nöqteyi-nəzərdən də vacibdir", - Kobaxidze əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR