Gürcüstan regionda sülhün təmin edilməsində rol oynayıb və oynayacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Botçorişvili Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirləri arasında keçirilmiş üçtərəfli görüşə münasibət bildirərkən deyib:
“Bizim arzumuz Cənubi Qafqazda sülhün olması və bu prosesə bacardığımız qədər töhfə verməkdir. Azərbaycan və Ermənistan baş nazirlərinin burada olmasını və forumda (Tbilisi beynəlxalq İpək Yolu Forumu) iştirakını görmək çox yaxşı idi. Bu forum ümumilikdə bizim regionumuzun qlobal səhnədə rolu haqqında idi”
Komitə sədri Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının regionun inkişafına töhfə verəcəyini vurğulayıb.