Bank Of Baku

Konqonun Milli İnsan Hüquqları Komissiyası: Müstəmləkəçiliyə yalnız tarixi hadisə kimi yanaşmaq düz deyil

Konqonun Milli İnsan Hüquqları Komissiyası: Müstəmləkəçiliyə yalnız tarixi hadisə kimi yanaşmaq düz deyil
# 21 avqust 2026 10:37 (UTC +04:00)

“Konqo xalqı tarix boyu ən çox təzyiqlərlə üzləşən xalqlardan biridir və bu gün qarşıda duran əsas vəzifələrdən biri keçmiş ədalətsizliklərin nəticələrinin aradan qaldırılmasıdır. Bakı Təşəbbüs Qrupuna bu mövzuda təşəbbüs göstərdiyinə görə təşəkkür edirəm”.

APA xəbər verir ki, bunu Konqonun Milli İnsan Hüquqları Komissiyasının prezidenti Paul Nsapu Mukulu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu kimi təşəbbüslər yalnız tərəflərdən birinin maraqlarına xidmət edən deyil, hər iki tərəf üçün məqbul və davamlı həll yollarının müəyyənləşdirilməsinə imkan yarada bilər.

Paul Nsapu Mukulu vurğulayıb ki, insan hüquqları institutları və bu məsələdə maraqlı olan digər tərəflər keçmişdə baş vermiş, müəyyən formalarda isə bu gün də davam edən ədalətsizliklərin aradan qaldırılması üçün konkret həll yolları üzərində işləməlidirlər.

O əlavə edib ki, müstəmləkəçilik məsələsinə yalnız tarixi hadisə kimi yanaşmaq düzgün deyil, çünki bu, eyni zamanda insan hüquqları məsələsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR