Bank Of Baku

Kreml: Rusiya Azərbaycan-Ermənistan nizamlanması üçün müxtəlif variantlar üzərində işləyir

Kreml: Rusiya Azərbaycan-Ermənistan nizamlanması üçün müxtəlif variantlar üzərində işləyir
# 15 sentyabr 2023 13:44 (UTC +04:00)

Rusiya Azərbaycan-Ermənistan nizamlanması üçün müxtəlif variantlar üzərində işləyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiyanın məlum məsələ üzərində həm Bakı, həm də İrəvanla işlədiyini söyləyib.

"Rusiya tərəfi həm Bakı, həm də İrəvanla ardıcıl olaraq işini davam etdirir. Biz bunu davam etdirəcəyik. Bu yaxınlarda Rusiya tərəfinin səyləri nəticəsində təşkil olunmuş humanitar yardımın birinci partiyası göndərilib. Biz bu işi davam etdirəcəyik. Hazırda müxtəlif variantlar tərəflərlə müzakirə olunur, işlənilir", deyə Kremlin sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR