Bu gün ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Latviya Prezidenti əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib. Qonağın bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu vurğulayan spiker ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açacaq və onların inkişafına güclü təkan verəcək. İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan Milli Məclisin sədri qeyd edib ki, bu sahədə sıx əməkdaşlıq qurulub. Bu əməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarının xüsusi rolu var.
Spiker Sahibə Qafarova 2021-ci ildə Latviya parlamentinin dostluq qrupu üzvlərinin işğaldan azad edilmiş Ağdam və Füzuli şəhərlərinə, 2024-cü ildə isə Seymin sabiq sədri xanım Dayqa Mierinyanın Azərbaycana rəsmi səfəri zamanı işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə də səfər etməsini məmnunluqla qeyd edib.
Milli Məclisin sədri bildirib ki, parlamentlərimiz arasında sıx əməkdaşlıq mövcuddur və parlament əməkdaşlığımızın intensivliyi kifayət qədər məmnuniyyətvericidir. Bildirilib ki, parlamentlərin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti həm ölkələr arasında əlaqələrin inkişafına, həm də sülh, sabitlik, davamlı inkişaf naminə əməkdaşlığa müsbət təsir göstərə bilər.
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşü və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. O, Azərbaycanı həm Latviya, həm də Avropa İttifaqı üçün dəyərli strateji tərəfdaş ölkə hesab etdiklərini diqqətə çatdırıb. Qonaq Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri dəstəklədiklərini, real irəliləyişin əldə olunmasından məmnun olduqlarını bildirib. Latviya Prezidenti Prezident İlham Əliyevin bu sülh prosesindəki böyük səylərini qeyd edib və bildirib ki, sizin də bu sülh prosesi barədə parlament olaraq münasibətinizi öyrənmək məmnunluq doğurur.
Latviya Prezidenti parlamentlərarası əlaqələrin mühümlüyünü vurğulayaraq, bu baxımdan parlament üzvləri, parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında mütəmadi səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Latviya Prezidenti Milli Məclisin sədri ilə görüşdə Azərbaycanı strateji tərəfdaş kimi səciyyələndirib
Xarici siyasət
Azərbaycan XİN Fələstini təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - FOTO
Xəbər Lenti
Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib - VİDEO
Almaniyada vəfat edən Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib - YENİLƏNİB
KİV: İsrail İranın Trampa sui-qəsdə hazırlaşdığı barədə xəbərdarlıq edib
Berlində gənclər “Z nəsli qərar verir” şüarı ilə aksiya keçirib, 22 nəfər saxlanılıb
Yəmən Ordusu beynəlxalq ictimaiyyəti Bab əl-Məndəb boğazının husilərdən azad olunmasına kömək etməyə çağırıb
Sabah intensiv yağış yağacaq
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB-1
“SpaceX” tarixdə ilk dəfə kosmik gəmini “tutmağa” nail olub - VİDEO
Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Qalibaf: Biz "nə müharibə, nə də sülh" vəziyyətində qalmayacağıq
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
Azərbaycan XİN Fələstini təbrik edib
Makron: Ukraynaya yardımların məhdudlaşdırılması yeni müharibəyə gətirib çıxaracaq
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib
Ukrayna Taqanroqda elektrik yarımstansiyasına PUA zərbəsi endirib, ölən və yaralananlar var
Mask: Censen Huanqın Nvidia-dan ayrılması mühüm müqavilələrin pozulmasına səbəb ola bilər
Şimali Koreya Yaponiyanı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edib
İranda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 19 yaralı var
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
Şotlandiyada süni intellekt mərkəzlərinin tikintisinə qarşı minlərlə insan etiraz edib
Fitso: Avropanın Ukraynada sülh istəyib-istəmədiyi indi məlum olacaq
Kanadada minlərlə tələbə küçələrə çıxıb, polislə toqquşma yaşanıb
Kamçatkada bir sutkada 5 zəlzələ baş verib
Berlində gənclərin etiraz aksiyasında 22 nəfər saxlanılıb
Hörmüz boğazı yaxınlığında iki neft tankeri minaya düşərək yanıb
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 219-a çatıb - YENİLƏNİB-1
Reuters: Tramp İrana zərbələri müvəqqəti dayandıra bilər
Kuşner: ABŞ Rusiya ilə Avropa arasında birbaşa danışıqlara şərait yaratmağa çalışır
UEFA Millətlər Liqası: Danimarka Portuqaliyanı darmadağın edib - NƏTİCƏLƏR
Almaniyada "Microsoft" sistemindəki nasazlıq 15 nəfərin xlorla zəhərlənməsinə səbəb olub
Almaniya qaz qıtlığına görə kömür elektrik stansiyalarını yenidən işə sala bilər
Makron: Ukraynaya maliyyə yardımının məhdudlaşdırılması yeni müharibəyə yol aça bilər
Qrossi: Qışda Zaporojye AES-də nüvə təhlükəsizliyi riskləri arta bilər
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
Bloomberg: ABŞ Avropadan 25 min deyil, 5 min hərbçisini çıxara bilər
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - FOTO
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bakıda 17 yaşlı tələbə qız yataqxanada ölü tapılıb - YENİLƏNİB
Tramp Kaliforniyada ölüm hökmünün ləğvini ədalət sistemi üçün fəlakət adlandırıb
ABŞ-da bütün hava limanlarında uçuşların dayanmasının səbəbi açıqlanıb
Zelenski: Danimarka Ukraynaya 645 milyon avroluq yardım ayıracaq
Dağıstanda Rusiya çempionatının mükafatçısı güllələnərək öldürülüb
Kreml Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüşün noyabrın 19-da Çində keçiriləcəyini təsdiqləyib
Hindistanın xarici işlər naziri Nikol Paşinyanla görüşüb
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
Körfəz ölkələri İrandan hücumlara görə kompensasiya tələb edib