Bank Of Baku

Latviya səfiri: "Latvia və Azərbaycan arasında mədəni, siyasi sahələrdə sıx əlaqələr mövcuddur"

Latviya səfiri: "Latvia və Azərbaycan arasında mədəni, siyasi sahələrdə sıx əlaqələr mövcuddur"
# 27 sentyabr 2019 20:37 (UTC +04:00)

Latvia və Azərbaycan arasında mədəni, siyasi sahələrdə sıx əlaqələr mövcuddur və bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var.

APA-nın məlumatına görə, bu sözləri Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs öz açıqlamasında bildirib.

Onun sözlərinə görə, öncəki səfir iki ölkə arasında əlaqələri gücləndirmək istiqamətində səylər göstərib və səfir Qarançs da bu tendensiyanı davam etdirəcək: "İki ölkə arasında qarşılıqlı səfərlər olub və olacaq. Biz Azərbaycan xarici işlər nazirini Latviyaya dəvət etmişik və ümid edirəm ki, bu ilin sonunadək bu səfər reallaşacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR