Bank Of Baku

Latviya XİN başçısı Azərbaycanla Ermənistan arasında dialoqun intensivləşməsini alqışlayıb

Latviya XİN başçısı Azərbaycanla Ermənistan arasında dialoqun intensivləşməsini alqışlayıb
# 20 iyun 2023 17:35 (UTC +04:00)

“Azərbaycan və Ermənistan arasında dialoqun intensivləşməsini alqışlayıram".

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Latviyanın Xarici İşlər Naziri Edqars Rinkeviçsi AŞPA-nın yay sessiyası zamanı çıxışında deyib. O, daha sonra parlamentarilərin suallarını cavablandırıb.

Nazir hər iki ölkənin bütün çətinliklərə baxmayaraq sülh sazişi imzalamasına ümid etdiyini deyib.

"Azərbaycan və Ermənistan arasında dialoqun və siyasi prosesin intensivləşməsini alqışlayıram. Ümid edirəm ki, bu, müsbət və konkret nəticəyə gətirib çıxaracaq. Həmçinin Avropa Şurasının bu prosesdə lazımi şəraiti yaratmaqda oynayacağı bir rolun olduğunu düşünürəm”,- deyə o, qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR