Bank Of Baku

Malayziya XİN başçısı: BMT-də ciddi islahatlar aparılmalıdır

Malayziya XİN başçısı: BMT-də ciddi islahatlar aparılmalıdır
# 05 iyul 2023 13:08 (UTC +04:00)

BMT-də ciddi islahatlar aparılmalıdır. Bu islahatlar dünyanın böyük problemlərlə üzləşdiyi bir vaxtda faydalı olur.

APA xəbər verir ki, bunu Malayziyanın xarici işlər naziri Zambri Abdul Kadir Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının nazirlərin iclasında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, Malayziya İsveçdə Quranın yandırılması kimi dünyada nifrət dolu söz və hərəkətlərin artmasından narahatdır:

“Mövcud dünya nizamı məyusluq içindədir... Bu gün ölkələr koronavirus pandemiyasının təsirlərindən hələ tam sağalmayıb, inflyasiya kimi iqtisadi problemlərlə üzləşirlər”.

Malayziya XİN rəhbəri Qoşulmama Hərəkatının mühüm yekun sənədlərini hazırladığına görə Azərbaycana təşəkkür edib: “Biz həmçinin bu dörd il ərzində asan olmayan əla və uğurlu əməkdaşlığa görə Azərbaycana təşəkkür edirik”.

O əlavə edib ki, QH-nin ötən il iclasında yekun sənəddə Cənub Çin dənizi ilə bağlı bəndə etirazlar olub.

"Bu məsələ bizim təhlükəsizliyimiz və suverenliyimizlə bağlıdır", - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR