Bank Of Baku

Meksikalı deputat insanların doğma torpaqlarına qayıtması üçün Azərbaycan hökumətinin səylərini alqışlayıb

Meksikalı deputat insanların doğma torpaqlarına qayıtması üçün Azərbaycan hökumətinin səylərini alqışlayıb
# 31 may 2023 09:40 (UTC +04:00)

24-28 may tarixlərində meksikalı deputat Elvia Vixil Azərbaycanda səfərdə olub.

Bu barədə APA-ya Azərbayanın Meksikadakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində deputat Vixil “Minalara qarşı hərəkət: Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolu” adlı 2-ci Beynəlxalq Konfransda (24-26 may 2023) iştirak etdi. Konfransda çıxış edən ekspertlər, Azərbaycan da daxil olmaqla, minalardan əziyyət çəkən 60 ölkənin inkişafına minaların yatardığı problemlərdən bəhs etdilər.

Həmçinin, deputat Vixil Ağdam şəhərinə səfər edərək, oradakı dağıntıların miqyası və minaların əhaliyə və onların zərərsizləşdirilməsi ilə məşğul olan ekspertlərə yetirdiyi ziyan ilə tanış oldu. Eyni zamanda, bu problemdən əziyyət çəkən regionları inkişaf planlarına daxil etməsi və insanların öz doğma torpaqlarına ən yaxşı şəraitdə qayıtmasına dair Azərbaycan hökumətinin səylərini tanıyıb.

Konfrans başa çatandan sonra, deputat Vixil bir sıra ikitərəfli görüşlər keçirdi. Xəzər Universitetinin rektoru xanım İradə Xəlilova ilə görüşdə Matamoros Texniki Universitet ilə əməkdaşlıq layihəsi haqqında ilkin müzakirələr aparılıb. Qeyd olunub ki, əməkdaşlıq hər iki ölkənin səfirliklərinin iştirakı ilə video-formatda görüşlərin keçirilməsi və təhsil müəssisələri tərəfindən əməkdaşlıq sahələrinin müəyyən edilməsi ilə davam edəcək.
Eyni zamanda, meksikalı deputat Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Elnur Məmmədov ilə işçi naharda iştirak edib. Söhbət əsnasında may ayının əvvəlində nazir müavini cənab Məmmədovun Meksikaya səfəri çərçivəsində siyasi məsləhətləşmələr mexanizminin üçüncü raundunun keçirilməsi və parlament üzvləri ilə keçirdiyi görüşlər də daxil olmaqla ikitərəfli gündəliyin bir sıra mövzularına toxunulub.

Deputat Vixil, həmçinin, Azərbaycan-Meksika parlamentlərarası işçi qrupunun rəhbəri, deputat Jalə Əliyeva ilə görüş keçirdi. Görüşdə müxtəlif mövzular və Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunda qeyd olunan irəliləyişlərə, xüsusi ilə də dialoq səviyyəsinin qorunmasına dair öhdəlik və qrup üzvlərinin fəal iştirakına ümumi baxış keçirildi. Fürsətdən istifadə edərək, azərbaycanlı parlamentarilərinin Meksikaya mümkün səfəri haqqında müzakirələr aparıldı.

Bundan əlavə, deputat Vixil 29 may-4 iyun tarixlərində Bakıda keçiriləcək Taekvando üzrə Dünya Çempionatı 2023-də iştirak edəcək meksikalı idmançıları salamlamaq imkanında olub.

Deputat Vixil Azərbaycan xalqı və hökümətinə Müstəqillik Günü ilə əlaqədar təbriklərini ünvanlayaraq, mayın 28-də Mexiko şəhərinə qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR