Milli Məclis ölkəmizin suveren ərazisinə təhrif edilmiş formada istinad edən, saxta iddialar və əsassız ittihamlar üzərində qurulmuş bu birtərəfli və qərəzli sənədləri kəskin şəkildə qınayır və qətiyyətlə rədd edir.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Qeyd edilib ki, Belçika və Niderlandın Nümayəndələr Palataları 2026-cı il aprelin 16-da Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlara zərbə vurmaq məqsədi daşıyan qətnamələr qəbul edib:
“Azərbaycan və Ermənistan arasında mövcud olmuş münaqişənin tarixini və nəticələrini təhrif edən, ənənəvi anti-Azərbaycan, islamofob dairələrin qeyri-sağlam və irqçi təxəyyülündən irəli gələn bu sənədlər beynəlxalq hüququn və qanunun aliliyinin kobud şəkildə pozulması, regionda davam edən və həssas mərhələdən keçən sülh prosesinə qarşı təxribatdır. Qeyd edilən sənədlərin xüsusilə, Azərbaycan və Ermənistan parlament sədrlərinin növbəti görüşünün keçirildiyi bir vaxtda qəbul edilməsi bu sənədlərin “təşəbbüskarlarının” regiondakı reallıqlardan uzaq olduğunu, onların əsil niyyətinin sülh və dialoqu təşviq etmək deyil, məhz düşmənçiliyi və qisasçılığı qızışdırmaq olduğunu bariz şəkildə göstərir.
Belçika Nümayəndələr Palatasının qəbul etdiyi sənəddə tarixi Vaşinqton Sülh Sammitinə heç bir istinadın olmaması, Sammitin nəticələrinin, o cümlədən “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in paraflanmasının qeyd edilməməsi sənədin müəllifləri və onun lehinə səs verənlərin mövzu ilə bağlı “savadlılığının” və xroniki hal almış qərəzliliyinin daha bir əyani nümunəsidir.
Azərbaycan və Ermənistan sərhədində vəziyyəti hərbi baxımdan riskli hesab edən və bunu Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının davamlı fəaliyyəti üçün əsas kimi qələmə verən sənəd müəlliflərinin qiymətləndirməsi ilk növbədə, Ermənistanın rəsmi şəxslərinin ictimaiyyətə açıqlanan mövqeyi ilə ziddiyyət təşkil edir. Məhz Azərbaycan tərəfinin sülhə yönəlmiş addımları və məsuliyyətli davranışı nəticəsində son iki il sərhəddə hər hansı hərbi insidentin baş vermədiyi ən sakit dövr kimi xarakterizə olunur və bu, Ermənistan tərəfindən də təsdiq edilir.
Müharibə və insanlıq əleyhinə cinayətlər törətdiyi şəffaf və açıq hüquqi proses yolu ilə sübuta yetirilmiş şəxsləri "müharibə əsiri” kimi qələmə vermək və onların azadlığa buraxılmasını tələb etmək, hər şeydən öncə, sözügedən sənədlərdə istinad olunan beynəlxalq hüquq normalarına, insan hüquqlarına və qanunun aliliyinə qarşı qəsddir.
Məhkum edilmiş sözügedən şəxslərin istintaq və mühakimə prosesində bütün hüquqlarının qorunduğu, onlar üzərində məhkəmə prosesinin qanuniliyi müvafiq bitərəf beynəlxalq mexanizmlər tərəfindən təsbit edilmişdir. Bu kontekstdə, həmin şəxslərin azad edilməsi, habelə onların mühakimə prosesi ilə əlaqədar Azərbaycana qarşı tədbirlərin görülməsi ilə bağlı Ermənistan tərəfindən edilmiş müraciətlərin vaxtilə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bir neçə dəfə rədd edilməsi xüsusilə qeyd edilməlidir.
Eyni qaydada, BMT İnsan Hüquqları Şurasının Əsassız həbslər üzrə İşçi Qrupunun 13 mart 2025-ci il tarixli müvafiq rəyində qeyd olunan şəxslərin Azərbaycan tərəfindən həbsinin və mühakiməsinin qanuniliyi təsbit edilmiş, həmin şəxslərin hüquqlarının pozulmasına dair iddialar təmin edilməyib.
Biz qeyd olunan əsassız çağırışların ünvanlandığı aidiyyəti dövlətlərin və Avropa İttifaqının ikitərəfli dialoq vasitəsilə qətiyyətlə irəlilədilən sülh prosesinə pozucu müdaxilədən çəkinəcəyini gözləyir və onları belə təxribatçı addımların təkrarlanmaması üçün zəruri tədbirlər görməyə dəvət edirik.
Milli Məclis Belçika və Niderland parlamentlərindən Azərbaycana qarşı nifrət kampaniyasına və regionda sülhün möhkəmləndirilməsi səylərinə zərbə vuran addımlara son qoymağı tələb edir. Bu addımlar hazırkı həssas mərhələdə yalnız sülh əleyhinə fəaliyyət göstərən revanşist qüvvələrin həvəsləndirilməsinə deyil, həm də Avropa İttifaqının regionla bağlı bəyan edilmiş təhlükəsizlik və iqtisadi maraqlarına xələl gətirilməsinə xidmət edir”.
Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini qınayıb
Xarici siyasət
Haqqında cinayət işi açılan türkiyəli köşə yazarı Azərbaycandan üzr istədi: Sözlərimlə inciklik yaratdığım üçün peşmanam
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb
Azərbaycan-Şri-Lanka münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə edilib
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşüb
Xəbər Lenti
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Bakıda 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Tramp Baydeni Ukraynaya külli miqdarda silahı pulsuz verməkdə ittiham edib
“Qarabağ” – “Neftçi” oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb - VİDEO
Tramp ABŞ və Kanada arasında ticarət sazişinin imzalanacağına əmin olduğunu bildirib
Xudafərin körpüsünün işğaldan azad edilməsindən 6 il ötür
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür
Tramp: İranla müharibə başa çatdıqdan sonra benzinin qiyməti daha da ucuzlaşacaq
Makron Fransadakı iğtişaşlara görə məsuliyyət daşıyanların cəzalandırılacağını bildirib
Times: "Starlink" məhdudiyyətləri Ukraynanın ABŞ texnologiyalarından asılılığını üzə çıxarıb
"Fənərbaxça" öz meydanında "Alanyaspor"u məğlub edib
İran və Pakistan arasında sərhəd keçidləri müvəqqəti dayandırılıb
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanılıb
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
“Neftçi” “Qarabağ” səfərindən 1 xalla qayıdır
Keniyada Ebola virusuna yoluxanların sayı 7-yə çatıb
Almaniya kansleri ölkədə ciddi siyasi parçalanma olduğunu etiraf edib
İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidilib
Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var
Misir parlamentində Səudiyyə Ərəbistanına yardımın müzakirə olunması üçün sessiya keçiriləcək
Türkiyə Super Liqası: “Qalatasaray” səfərdə qələbə qazanıb
Roma Papası xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
Fransada etiraz aksiyaları davam edir
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib
Biləsuvarda iki nəfərin öldüyü qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-1
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
Füzuli Şəhəri Günü qeyd olunub - FOTO
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib
“Ən çox oxunan müəllif 2026” nominasiyası üzrə onlayn səsvermə başlayıb
Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb
Qazaxda 12 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır
“Şahinlərin Görüşü-2026” təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO
Bu ilin sonuna kimi Füzulinin Dövlətyarlı və Pirəhmədli kəndlərinə əhalinin qayıdışı nəzərdə tutulur
Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb
Bakıda keçirilən NATO təlimi başa çatıb - VİDEO
Moskvanın hava məkanı üç gündür bağlıdır, 370-dən çox uçuş təxirə salınıb
Zelenski Trampın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dayandırması ilə bağlı təəssüfünü ifadə edib
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb
Sabah 31 dərəcə isti olacaq
Zabrat dairəsindən Maştağa qəsəbəsinə qədər avtomobillərin hərəkəti bu gündən tam məhdudlaşdırılıb
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Belqoroda Ukraynaya məxsus dron hücumları nəticəsində ölən və yaralanan var
Azərbaycan nefti 116 dollara ticarət olunur