Milli Məclisin sədri Sahibə Qafarova bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Sahibə Qafarova "Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması" mövzusunda çıxışında belə tədbirlərin beynəlxalq əməkdaşlığın vacibliyini – fikir mübadiləsinin və qabaqcıl təcrübələrin paylaşılmasının əhəmiyyətini aydın şəkildə nümayiş etdirdiyini vurğulayaraq, bu gün müzakirə olunan problemlərin yalnız bir ölkə və ya regionla məhdudlaşmadığını qeyd edib.
Milli Məclisin sədri bu gün bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, lakin hələ də aradan qaldırılması vacib olan problemlərin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, bu problemlərin ən çətini isə qadınların şəxsi inkişafını məhdudlaşdıran stereotiplər və sosial normalardır. Milli Məclisin sədri deyib ki, təkcə qanunvericilik arzu olunan nəticələri təmin edə bilməz. Bunun üçün bütün cəmiyyəti əhatə edən yanaşmaya əsaslanan daha sistemli və hərtərəfli münasibətə ehtiyac var. Stereotipləri və sosial normaları dəyişdirmək üçün ilk növbədə cəmiyyətin düşüncə tərzi dəyişməlidir. Cəmiyyətlər qadın və kişi bərabərliyini əsas dəyər kimi qəbul etməyə təşviq edilməlidirlər.
Milli Məclisin sədri çıxışında Azərbaycanda gender bərabərliyi və qadınların həyatın bütün sahələrində təmsilçiliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin bərabər hüquqları təsbit edilib, 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun isə bu sahədə hüquqi bazanı formalaşdırıb. Gender siyasətinin institusional əsaslarının formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasıdır.
Milli Məclisin sədri xüsusilə vurğulayıb ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə məişət zorakılığı ilə mübarizə aparılması, ayrı-seçkiliyin aradan qaldırılması, qadınların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də onların səlahiyyətləndirilməsinin təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vacib məqam ondan ibarətdir ki, Azərbaycanda əldə olunmuş bu nəticələr davamlı xarakter daşıyır və dövlətimizin gender bərabərliyinin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini əks etdirir.
Milli Məclisin sədri Belqradda Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib
Xarici siyasət
Azərbaycan XİN Fələstini təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - FOTO
Xəbər Lenti
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB-1
“SpaceX” tarixdə ilk dəfə kosmik gəmini “tutmağa” nail olub - VİDEO
Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Qalibaf: Biz "nə müharibə, nə də sülh" vəziyyətində qalmayacağıq
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
Azərbaycan XİN Fələstini təbrik edib
Makron: Ukraynaya yardımların məhdudlaşdırılması yeni müharibəyə gətirib çıxaracaq
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib
Ukrayna Taqanroqda elektrik yarımstansiyasına PUA zərbəsi endirib, ölən və yaralananlar var
Mask: Censen Huanqın Nvidia-dan ayrılması mühüm müqavilələrin pozulmasına səbəb ola bilər
Şimali Koreya Yaponiyanı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edib
İranda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 19 yaralı var
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
Şotlandiyada süni intellekt mərkəzlərinin tikintisinə qarşı minlərlə insan etiraz edib
Fitso: Avropanın Ukraynada sülh istəyib-istəmədiyi indi məlum olacaq
Kanadada minlərlə tələbə küçələrə çıxıb, polislə toqquşma yaşanıb
Kamçatkada bir sutkada 5 zəlzələ baş verib
Berlində gənclərin etiraz aksiyasında 22 nəfər saxlanılıb
Hörmüz boğazı yaxınlığında iki neft tankeri minaya düşərək yanıb
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 219-a çatıb - YENİLƏNİB-1
Reuters: Tramp İrana zərbələri müvəqqəti dayandıra bilər
Kuşner: ABŞ Rusiya ilə Avropa arasında birbaşa danışıqlara şərait yaratmağa çalışır
UEFA Millətlər Liqası: Danimarka Portuqaliyanı darmadağın edib - NƏTİCƏLƏR
Almaniyada "Microsoft" sistemindəki nasazlıq 15 nəfərin xlorla zəhərlənməsinə səbəb olub
Almaniya qaz qıtlığına görə kömür elektrik stansiyalarını yenidən işə sala bilər
Makron: Ukraynaya maliyyə yardımının məhdudlaşdırılması yeni müharibəyə yol aça bilər
Qrossi: Qışda Zaporojye AES-də nüvə təhlükəsizliyi riskləri arta bilər
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
Bloomberg: ABŞ Avropadan 25 min deyil, 5 min hərbçisini çıxara bilər
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - FOTO
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bakıda 17 yaşlı tələbə qız yataqxanada ölü tapılıb - YENİLƏNİB
Tramp Kaliforniyada ölüm hökmünün ləğvini ədalət sistemi üçün fəlakət adlandırıb
ABŞ-da bütün hava limanlarında uçuşların dayanmasının səbəbi açıqlanıb
Zelenski: Danimarka Ukraynaya 645 milyon avroluq yardım ayıracaq
Dağıstanda Rusiya çempionatının mükafatçısı güllələnərək öldürülüb
Kreml Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüşün noyabrın 19-da Çində keçiriləcəyini təsdiqləyib
Hindistanın xarici işlər naziri Nikol Paşinyanla görüşüb
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
Körfəz ölkələri İrandan hücumlara görə kompensasiya tələb edib
"The Hill": İranla münaqişənin davam etməsi ABŞ-a ayda təxminən 2-3 milyard dollara başa gəlir
KİV: Tramp İranla müharibənin faktiki olaraq başa çatdığını və ABŞ-ın müharibəni udduğunu bildirib
Parisdə bahalaşma və polislərin silah tətbiqi ilə bağlı qanun layihəsinə qarşı aksiya keçirilir
İran Qeşm adası üzərində ABŞ-a məxsus MQ-1 PUA-nı vurub
Kreml Avropa danışıqlar qrupunun tərkibinə dair heç bir şərt irəli sürməyəcəyini açıqlayıb
Kalmıkiyada qəza olub, Salyan sakini ölüb