Biz təhlükəsizliyimizi gücləndirmək üçün konkret tədbirlər görmüşük, bu il müdafiə xərclərinin büdcəsi iki dəfə artırılıb.
Bunu APA-ya müsahibəsində Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko deyib.
“Avropalı tərəfdaşlarımıza Hava Hücumundan Müdafiə sistemi üçün müraciət etmişik. Hazırda Avropa İttifaqı Moldovada Milli Ordunun modernləşdirilməsinə 40 milyon avro ayırıb. ABŞ, Almaniya, Rumıniya, Böyük Britaniya və digər avropalı tərəfdaşlar da qarşılıqlı əsaslarla Moldovaya Silahlı Qüvvələrini gücləndirməyə kömək edirlər. Buna misal olaraq, bu yaxınlarda Almaniyanın təqdim etdiyi “Piranha” zirehli maşınlarından ibarət partiyanı göstərmək olar”, - diplomat qeyd edib.
Səfir, Rusiya raketlərinin bir neçə dəfə Moldovanın hava məkanını pozduğunu xatırladıb.