Bank Of Baku

Moskvada Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası başlayıb

Moskvada Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası başlayıb
# 25 may 2023 13:58 (UTC +04:00)

Moskvada Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremldə keçirilən iclasda Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

O, daha sonra Şuranın geniş tərkibdə iclasının keçiriləcəyini bildirib.

Qeyd edilib ki, geniş tərkibdə iclasda qonaq qismində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcək.

O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Tacikistan Prezidenti Emomali Rahmonun isə qonaq qismində videokonfrans vasitəsilə iclasa qatılacağını vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev RF prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir. Səfər çərçivəsində Azərbaycan dövlət başçısının rusiyalı həmkarı ilə ikitərəfli və Azərbaycan-Rusiya-Ermənistan formatında üçtərəfli görüşləri də planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR