Bank Of Baku

Müşfiq Cəfərov: Türkiyə-Azərbaycan birliyi regionumuza sülh, firavanlıq gətirəcək

Müşfiq Cəfərov, Milli Məclisin deputatı

© APA | Müşfiq Cəfərov, Milli Məclisin deputatı

# 13 iyun 2023 23:01 (UTC +04:00)

Seçkilərdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk dövlət səfərinin məhz Azərbaycana olması bizim dostluq və qardaşlıq əlaqələrimizdən xəbər verir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, bu gün bu birlik nəinki Azərbaycan, hətta bütün Cənubi Qafqaz üçün çox əhəmiyyətlidir: “Türkiyə-Azərbaycan birliyi regionumuza sülh, dinclik, firavanlıq gətirəcək. Hazırda regiondakı münasibətlərin tənzimlənməsinin yeganə qarantı məhz bizim bu dostluğumuzun möhkəmliyidir. Azərbaycan dünya üçün əlverişli tərəfdaşa çevrilib, bir çox ölkələrlə enerji sahəsində əlaqələrimiz olsa da, indiki geosiyasi vəziyyətdə qardaş ölkənin mənəvi dəstəyi Azərbaycan üçün hər zaman öndədir. Hər iki ölkə prezidentlərinin birgə mətbuata bəyanat zamanı da qeyd etdiyi kimi bizim münasibətlərimiz bundan sonra daha da inkişaf edəcək”.

Müşfiq Cəfərov qeyd edib ki, Türkiyə və Azərbaycanın kommunikasiya sahəsindəki tərəfdaşlıqları enerji xəritəsində mühüm dəyişikliklər edib: Təbii ki, bütün bunlar həm Ankaranın, həm də Bakının milli maraqlarına uyğundur. Türkiyənin Azərbaycana olan mənəvi dəstəyindən isə danışmaqla kifayətlənə bilmərik. 44 günlük müharibə zamanı Azərbaycanın qələbəsinə ilk gündən inanan, haqq savaşına mənəvi, siyasi dəstəyini əsirgəməyən Türkiyə bundan sonra da bütün siyasi arenalarda birgə eyni mövqedən çıxış edəcək. Bakı və Ankaranın güclənməsi bütün Türk dünyasının güclənib, qlobal siyasətdə söz sahibi olması deməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR