Bank Of Baku

Nazir: Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişinin imzalanması önəm kəsb edir

Nazir: Azərbaycanın Ermənistana təklif etdiyi sülh sazişinin imzalanması önəm kəsb edir
# 31 iyul 2023 14:26 (UTC +04:00)

“Postmünaqişə dövründə Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq norma və prinsiplərə əsaslanır. Azərbaycan tərəfindən Ermənistana təklif olunan ölkələrin qarşılıqlı əsasda suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipindən irəli gələrək sülh sazişinin imzalanması önəm kəsb edir”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Ermənistanın öz öhdəliklərinə zidd olaraq hərbi birləşmələrini çıxarmaması, Zəngəzur dəhlizinin açılmasına maneə törətməsi, Qarabağda yaşayan ermənilərin hüquqlarının müdafiəsi adı altında Azərbaycanın daxili işlərinə qarışması, həmçinin Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiya olunmasına maneələr yaratması bölgədə sülh və əmin-amanlığa qarşı ən vacib təhdidlər arasındadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR