Bank Of Baku

Nazir: Bosniya və Herseqovinada müharibə zamanı on minlərlə insan itkin düşüb

Bosniya və Herseqovinanın insan hüquqları və qaçqınlar naziri Sevlid Hürtiç

© APA | Bosniya və Herseqovinanın insan hüquqları və qaçqınlar naziri Sevlid Hürtiç

# 07 oktyabr 2026 13:08 (UTC +04:00)

Bosniya və Herseqovinada müharibə zamanı on minlərlə insan itkin düşüb.

APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransında keçirilən panel sessiyada Bosniya və Herseqovinanın insan hüquqları və qaçqınlar naziri Sevlid Hürtiç deyib.

O bildirib ki, Azərbaycan da, Bosniya və Herseqovina da bu problemlə üzləşib.

Nazir arxivlərin açıq və əlçatan olmasının vacibliyini vurğulayıb: “Ailəyə kömək edə biləcək məlumat hansısa qurumun arxivində və ya hər hansı siyasi marağın təsiri altında “əsir” qalmamalıdır. Ailənin itkin düşmüş üzvünü tapmasına kömək edə biləcək hər bir sənəd, hər bir qeyd, hər bir xəritə və hər bir məlumat itkin şəxslərin axtarışı ilə məşğul olan qurumlar üçün əlçatan olmalıdır”.

Sevlid Hürtiçin sözlərinə görə, qurumlar əməkdaşlıq etməli, məlumatlar mübadilə olunmalı, məlumat sistemləri bir-biri ilə əlaqələndirilməli və dövlətlər əməkdaşlıq üçün imkan yaratmağa hazır olmalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR