Bank Of Baku

Nazir: Qətər Qoşulmama Hərəkatının effektivliyinə inanır

Nazir: Qətər Qoşulmama Hərəkatının effektivliyinə inanır
# 05 iyul 2023 16:53 (UTC +04:00)

“Biz bütün mübahisə və münaqişələrin sülh yolu ilə həllini dəstəkləyirik. Bu istiqamətdə Qətər vasitəçilik etməyə, yardım etməyə çalışır”.

APA xəbər verir ki, bunu Qətər xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi Bakıda Qoşulmama Hərəkatının Koordinasiya Şurasının nazirlərin iclasında çıxışı zamanı deyib.

Qətərin xarici işlər üzrə dövlət naziri çıxışında Quranın yandırılmasını pisləyib. O deyib ki, bu cür kriminal hərəkətlərə icazə verilməməlidir və kəskin şəkildə qınanmalıdır.

O, deyib ki, Qətər QH-nin effektiv çoxtərəfliliyi və ölkələr arasında əməkdaşlığı təşviq etdiyinə inanır.

Nazir, Əfqanıstanda və Fələstindəki vəziyyətlə bağlı danışıb.

Nazir deyib ki, fələstinlilərə qarşı zorakılıq artıb və qlobal ictimaiyyət buna reaksiya verməlidir. Onun sözlərinə görə, İsrail və Fələstin münaqişəsinin yeganə yolu iki dövlətli həll yoludur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR