Bank Of Baku

“Nizami Gəncəvi” Beynəlxalq Mərkəzi BMT ilə əməkdaşlığını inkişaf etdirir - FOTO

“Nizami Gəncəvi” Beynəlxalq Mərkəzi BMT ilə əməkdaşlığını inkişaf etdirir - FOTO
# 21 iyun 2023 03:05 (UTC +04:00)

“Nizami Gəncəvi” Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos və BMT Baş Assambleyasının 77-ci prezidenti Ksaba Korosi ilə görüşlər keçirib.

APA xəbər verir ki, bu barədə “Nizami Gəncəvi” Beynəlxalq Mərkəzindən məlumat verilib.

Görüş zamanı BMT-nin baş katibi Antonio Quterreş ilə “Ümumi Gündəliyimiz: Multilateralizmin yenidən işə salınması” mövzusuna keçirilən Ali toplantının nəticələri, Mərkəzin BMT-nin 78ci Baş Assambleyası çərçivəsində təşkil edəcəyi Ali Səviyyəli toplantı və 2024-cü ildə təşkil olunacaq XI Qlobal Bakı Forumu müzakirə edilib.

BMT Baş Assambleyasının prezidenti ilə görüşdə Mərkəz tərəfindən “Nizami ili” çərçivəsində nəşr etdirdiyi “Qələmin Sehri” - Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabının xüsusi nüsxəsini təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR