Bank Of Baku

Odessada Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstəriləcək

Odessada Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstəriləcək
# 31 oktyabr 2023 11:27 (UTC +04:00)

Azərbaycanın Ukraynadakı səfirliyi Odessa vilayəti və yaxın ərazilərdə daimi, yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, 11 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.

“Ünvan: Одеса. Вул.Пушкинська 54. Дім «Азербайджан» Qəbul vaxtı: 09:30-dan -13:30-dək. Əlaqə telefonu: +380 73 505 00 00

Qeyd: Odessa Vilayətində təhlükəsizlik şəraitinin pisləşdiyi təqdirdə səyyar konsulluq xidməti təxirə salına bilər. Nəzərə alınması xahiş olunur”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR