Bank Of Baku

Overçuk: Moskva kommunikasiyaların açılması üçün hər gün İrəvan və Bakı ilə əlaqə saxlayır

Overçuk: Moskva kommunikasiyaların açılması üçün hər gün İrəvan və Bakı ilə əlaqə saxlayır
# 16 iyun 2023 09:59 (UTC +04:00)

Moskva regionda kommunikasiyaların açılması üçün hər gün İrəvan və Bakı ilə əlaqə saxlayır.

APA xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalistlərə bildirib.

Overçuk qeyd edib ki, Rusiya danışıqlarda iştirak edir, həll yolları təklif edir, Azərbaycan və Ermənistanın Baş nazir müavinləri arasında ünsiyyəti və dialoq platformasını təmin edir.

“Mən heç vaxt kommunikasiyaların tam olaraq nə vaxt açılacağı barədə suallara cavab vermirəm. Tərəflər nə zaman razılaşsa, o zaman baş verəcək”, - deyə Overçuk əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR