Bank Of Baku

Overçuk: Rusiyalı iş adamları Azərbaycanın azad edilmiş ərazilərindəki quruculuqda iştirakda maraqlıdır

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk

© APA | Rusiya Baş nazirinin müavini Aleksey Overçuk

# 16 aprel 2026 15:31 (UTC +04:00)

Rusiyalı iş adamları Azərbaycanın azad edilmiş ərazilərində quruculuq işlərində iştirak etməkdə maraqlıdır.

APA-nın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngilanda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasında deyib.

"Biz Rusiya biznesini buradakı yaradıcı layihələrdə fəal iştirak etməyə yönləndiririk. Xüsusilə yaradılmış əlverişli investisiya mühiti bu əməkdaşlıq üçün geniş imkanlar açır", - o bildirib.

Overçuk Rusiya biznesinin və regionlarının bölgədəki fəaliyyətinə dair uğurlu nümunələri diqqətə çatdırıb. O, Cəbrayıl şəhəri ilə Sankt-Peterburq arasında əməkdaşlıq çərçivəsində mühüm təmasların qurulduğunu bildirib: “Regionlararası əməkdaşlıq çərçivəsində Həştərxan vilayətinin vəsaiti hesabına Zəngilanın kəndlərində uşaq bağçaları inşa edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR