Bank Of Baku

Pakistan səfiri tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir

Pakistan səfiri Bilal Hayee

© APA | Pakistan səfiri Bilal Hayee

# 24 iyun 2023 11:23 (UTC +04:00)

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee diplomatik korpus nümayəndələri ilə birgə Laçına gedib.

APA xəbər verir ki, bu barədə Pakistan səfiri "Twitter" hesabında paylaşım edib.

"Bu körpü (Laçın körpüsü-red.) Azərbaycan və Ermənistan arasında sülh körpüsü ola bilərmi? Diplomatik korpusla birgə Laçın rayonunda səfərdəyəm. Ümid edirəm ki, tezliklə Cənubi Qafqazın iki qonşusu arasında tam normallaşmaya aparan sülh müqaviləsi olacaq", - pakistanlı diplomat bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR