Bank Of Baku

Pakistan səfirliyində Kəşmirlə bağlı tədbir keçirilib - FOTO

Pakistan səfirliyində Kəşmirlə bağlı tədbir keçirilib - FOTO
# 04 avqust 2023 18:20 (UTC +04:00)

Pakistanın Azərbaycandakı səfirliyində 2019-cu ilin 5 avqust tarixində Hindistan tərəfindən Cammu və Kəşmir əyalətlərinin xüsusi muxtariyyət statusunun birtərəfli qaydada ləğv edilməsinə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, Pakistan səfiri Bilal Haye bu günün Pakistan tarixinin ən qara səhifələrindən biri olduğunu vurğulayıb.

Səfirin sözlərinə görə, bu gün Hindistanın qeyri-qanuni işğalı altında olan Cammu və Kəşmirdəki pakistanlıların fədakarlığı və mətinliyi fəxarətlə anılır.

Pakistanlı diplomat qeyd edib ki, Hindistanın Cammu və Kəşmir bölgəsində törətdiyi əməllər beynəlxalq hüquq normalarının kobud şəkildə tapdalanmasıdır.

Səfir qeyd edib ki, bu birtərəfli hərəkət nəinki tarixi kontekstə və region xalqlarının istəklərinə məhəl qoymur, həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüququn prinsiplərinə tamamilə ziddir.

“Bu günü qeyd edərkən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Cammu və Kəşmir münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyimizi bir daha təsdiqləyirik. Beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının qətnamələrində nəzərdə tutulduğu kimi Kəşmir xalqının istəklərini nəzərə alan həll yolunun təmin edilməsində öz rolunu oynaması üçün çağırışları davam etdiririk.

Cammu və Kəşmir xalqı ilə həmrəy olduğumuzu bildirir və onların öz müqəddəratını təyinetmə hüququna sarsılmaz siyasi, mənəvi və diplomatik dəstəyimizi bir daha bildiririk.

Həmçinin Pakistanın qarşılıqlı hörmət və birgə dinc yaşamaq prinsiplərinə əsaslanan dinc və sabit Cənubi Asiyaya sadiqliyini bir daha bəyan edirik.

Beynəlxalq ictimaiyyəti Cammu və Kəşmir münaqişəsinin regional sülh, təhlükəsizlik və sabitlik üçün əhəmiyyətini dərk edərək, onun həlli ilə məşğul olmağa davam etməsini vurğulayırıq”, - səfir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR