Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri qarşılıqlı fayda, etimad və güvənə əsaslanan münasibətlərin dinamik inkişafının göstəricisi kimi qiymətləndirilməlidir.
Bunu APA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.
Politoloq deyib ki, son illərdə Avropa Parlamentinin Azərbaycan–Aİ münasibətlərini zəiflətməyə yönəlmiş sistemli fəaliyyətinə baxmayaraq, bu cəhdlər məqsədinə çatmayıb və münasibətlər hazırda inkişaf etməkdədir: “İndiyədək Avropa İttifaqı ilə Azərbaycan arasında çoxşaxəli sahələri əhatə edən geniş platformalarda dialoqlar həyata keçirilib. Hazırda bu dialoqlar bir neçə istiqamət üzrə davam edir. Bunların arasında nəqliyyat, enerji təhlükəsizliyi və regional, eləcə də qlobal təhlükəsizlik məsələləri xüsusi yer tutur. Avrasiya materiki kimi strateji əhəmiyyətli regionda Azərbaycanın rolu Avropa İttifaqı üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi əslində Avropa İttifaqın Avrasiya məkanında mövqelərinin möhkəmləndirilməsinə xidmət edir”.
Yeganə Hacıyeva nəzərə çatdırıb ki, bu gün Azərbaycan Avropa İttifaqına 10 üzv ölkənin enerji təchizatında mühüm rol oynayır: “Bu isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın strateji əhəmiyyətini bir daha təsdiqləyir. Eyni zamanda, Avropa ölkələrində Azərbaycanla enerji əməkdaşlığına marağın artdığı açıq şəkildə müşahidə olunur. Bütün bunları nəzərə alsaq, Avropa Parlamentində bəzi siyasi qrupların anti-Azərbaycan mövqeyi formalaşdırmaq cəhdlərinin nəticəsiz qaldığı aydın görünür. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində videobağlantı formatında çıxışı Avropa institutlarına mühüm mesaj idi. Bu çıxış siyasi qrupların İttifaqın gələcəyi üçün yaratdığı risklərlə bağlı xəbərdarlıq xarakteri daşıyırdı və ünvanına çatdı. Kaya Kallasın səfəri və sonrakı təmaslar da bu mesajın qəbul edildiyini göstərir”.
Politoloq digər mühüm məqamın Mərkəzi Asiyanın resurslarının Avropaya nəqlində Azərbaycanın kommunikasiya imkanlarından istifadə ilə bağlı olduğunu söyləyib: “Azərbaycanın bu yöndə mövqeyi və rolu Avropa İttifaqı üçün böyük əhəmiyyət daşıyır və bu sahədə əməkdaşlığa ehtiyac artır. Nəticə etibarilə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı fayda əsasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu münasibətlər davamlı şəkildə inkişaf edir”.
Politoloq: Kallasın Azərbaycana səfəri münasibətlərin dinamik inkişafının göstəricisidir
© APA | politoloq Yeganə Hacıyeva
Xarici siyasət
Azərbaycan XİN Fələstini təbrik edib
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - FOTO
Xəbər Lenti
Qara dənizdə göyərtəsində 13 Azərbaycan vətəndaşı olan gəmiyə PUA zərbəsi endirilib - VİDEO
Almaniyada vəfat edən Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətirilib - YENİLƏNİB
KİV: İsrail İranın Trampa sui-qəsdə hazırlaşdığı barədə xəbərdarlıq edib
Berlində gənclər “Z nəsli qərar verir” şüarı ilə aksiya keçirib, 22 nəfər saxlanılıb
Yəmən Ordusu beynəlxalq ictimaiyyəti Bab əl-Məndəb boğazının husilərdən azad olunmasına kömək etməyə çağırıb
Sabah intensiv yağış yağacaq
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB-1
“SpaceX” tarixdə ilk dəfə kosmik gəmini “tutmağa” nail olub - VİDEO
Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Qalibaf: Biz "nə müharibə, nə də sülh" vəziyyətində qalmayacağıq
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
Azərbaycan XİN Fələstini təbrik edib
Makron: Ukraynaya yardımların məhdudlaşdırılması yeni müharibəyə gətirib çıxaracaq
Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün İslamabada səfər edib
Ukrayna Taqanroqda elektrik yarımstansiyasına PUA zərbəsi endirib, ölən və yaralananlar var
Mask: Censen Huanqın Nvidia-dan ayrılması mühüm müqavilələrin pozulmasına səbəb ola bilər
Şimali Koreya Yaponiyanı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edib
İranda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 19 yaralı var
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
Şotlandiyada süni intellekt mərkəzlərinin tikintisinə qarşı minlərlə insan etiraz edib
Fitso: Avropanın Ukraynada sülh istəyib-istəmədiyi indi məlum olacaq
Kanadada minlərlə tələbə küçələrə çıxıb, polislə toqquşma yaşanıb
Kamçatkada bir sutkada 5 zəlzələ baş verib
Berlində gənclərin etiraz aksiyasında 22 nəfər saxlanılıb
Hörmüz boğazı yaxınlığında iki neft tankeri minaya düşərək yanıb
Fransada etiraz aksiyalarında saxlanılanların sayı 219-a çatıb - YENİLƏNİB-1
Reuters: Tramp İrana zərbələri müvəqqəti dayandıra bilər
Kuşner: ABŞ Rusiya ilə Avropa arasında birbaşa danışıqlara şərait yaratmağa çalışır
UEFA Millətlər Liqası: Danimarka Portuqaliyanı darmadağın edib - NƏTİCƏLƏR
Almaniyada "Microsoft" sistemindəki nasazlıq 15 nəfərin xlorla zəhərlənməsinə səbəb olub
Almaniya qaz qıtlığına görə kömür elektrik stansiyalarını yenidən işə sala bilər
Makron: Ukraynaya maliyyə yardımının məhdudlaşdırılması yeni müharibəyə yol aça bilər
Qrossi: Qışda Zaporojye AES-də nüvə təhlükəsizliyi riskləri arta bilər
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - FOTO
Bloomberg: ABŞ Avropadan 25 min deyil, 5 min hərbçisini çıxara bilər
COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb - FOTO
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bakıda 17 yaşlı tələbə qız yataqxanada ölü tapılıb - YENİLƏNİB
Tramp Kaliforniyada ölüm hökmünün ləğvini ədalət sistemi üçün fəlakət adlandırıb
ABŞ-da bütün hava limanlarında uçuşların dayanmasının səbəbi açıqlanıb
Zelenski: Danimarka Ukraynaya 645 milyon avroluq yardım ayıracaq
Dağıstanda Rusiya çempionatının mükafatçısı güllələnərək öldürülüb
Kreml Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüşün noyabrın 19-da Çində keçiriləcəyini təsdiqləyib
Hindistanın xarici işlər naziri Nikol Paşinyanla görüşüb
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
Körfəz ölkələri İrandan hücumlara görə kompensasiya tələb edib