Bank Of Baku

Prezidentin köməkçisi: Ölkəmizin suveren ərazisində bütün yollar açıq olmalıdır

Prezidentin köməkçisi: Ölkəmizin suveren ərazisində bütün yollar açıq olmalıdır
# 31 avqust 2023 12:34 (UTC +04:00)

Azərbaycan Respublikası ərazisində hər hansı bir yolun bağlı olması konsepsiyası Azərbaycan üçün qəbul deyil.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.

“Ölkəmizin suveren ərazisində bütün yollar açıq olmalıdır, yolların da hərəkət fəaliyyəti müstəsna qanun çərçivəsində olan hallar istisna olmaqla. Qondarma rejimin nümayəndələri öz aləmlərində bu yolları bağlı saxlamaları və bunun əsnasında da özlərini, öz qanunsuz mövcudluqlarını təmin edəcək bir yanaşma kimi görmələri bizim üçün qəbuledilməzdir. Azərbaycanın yanaşması ondan ibarət idi ki, Ağdam-Xankəndi yolunun açılması, hansı ki bu yolun mövcudluğu ilə, bu yolun vacibliyi və funksionallığı da müvafiq beynəlxalq bəyanatlarda öz təsvirini tapıb”.

Emin Babayev

Zümrüd Paşkin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR