Qazaxıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki müxtəlif layihələrdə iştirak edə bilər.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin iyunun 22-də Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edərkən bildirilib.
Söhbət zamanı dost ölkə Qazaxıstan şirkətlərinin də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müxtəlif layihələrdə iştirakı perspektivləri müzakirə olunub.